"Hərəmiz 5 nəfər yaşı 65-i keçən tanışımıza zəng vurub hal-əhval tutaq"
Tarix: 25-03-2020, 10:00




Gəlin, bugündən başlamaqla, hərəmiz 5 nəfər yaşı 65-i keçən tanışımıza zəng vurub hal-əhval tutaq, bir şeyə ehtiyacları olub-olmadığını soruşaq.
Etikxeber.az-ın xəbərinə görə, bu təşəbbüslə “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid çıxış edib.
“Təsəvvür edirsiz: susqun telefonlar dilə gəlir, üzlərə təəccübqarışıq bayram ovqatının ifadəsi yayılır, adi bir zəng insanlara yalqız olmadığını anlamağın sevincini yaşadır…Mən başladım!”-deyə, o, əlavə edib.

Paylaş: