Nüşabə Ələsgərli də bir aylıq maaşını Koronavirusla Mübarizə Fonduna ianə etdi
Tarix: 24-03-2020, 13:19



Əməkdar artist Nüşabə Ələsgərli də 1 aylıq əmək haqqını Koronabirusla mübarizə Fonduna ianə edib. 
Musavat.com bildirir ki, müğənni bu barədə öz “İnstagram” səhifəsində məlumat paylaşıb. 
Sənətçi paylaşımında qeyd edib: “Mən də bir Azərbaycan vətəndaşı olaraq bir aylıq maaşımı Koronavirusla Mübarizə Fonduna keçirirəm. Allah xalqımızı, dövlətimizi, prezidentimizi qorusun, dünyamız salamat olsun!”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışından sonra bir çox təşkilat və şirkətlər, fiziki və hüquqi şəxlər fonda ödəmələr etməyə qoşulub. Onların arasında sənətçilər, o cümlədən xalq artistləri Röya Ayxan, Mənsum İbrahimov da var. 
Xatırladaq ki, ötən gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bir illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiyini bildirib.

Paylaş: