Məşhur aktyordan sevənlərinə: "Lütfən. Sizi izləyirəm"
Tarix: 24-03-2020, 11:50



Məşhur aktyor Robert De Niro çəkdiyi bir video ilə sevənlərinə səslənib.
Open.az xəbər verir ki, "Evdə qal" kompaniyasına qoşulan 76 yaşlı Robert De Niro: "Bu virusun yayılmasının qarşısını almaq məcburiyyətindəyik və bunun öhdəsindən birlikdə gələ bilərik. Təkcə özümüzü qorumaq üçün deyil, həm də başqalarını qorumaq və sevdiyimiz bütün yaşlıları qorumaq üçün- Evdə qalaq. Lütfən. Sizi izləyirəm" deyən Robert De Nironun bu videosunu minlərlə izləyici seyr edib.

Paylaş: