Elşad Xose yenidən “Maşın-şou"da mübarizə aparacaq
Tarix: 5-10-2017, 12:30


“Maşın-şou"nun növbəti iştirakçısının adı məlum olub. 
Musavat.com xəbər verir ki, 60 minlik avtomobil uğrunda mübarizə aparacaq məşhurlardan biri də reper Elşad Xosedir. O, layihənin anonsunu sosial şəbəkədə paylaşıb. Keçmiş həyat yoldaşı Oksana Rəsulova ilə izləyiciləri reperə uğurlar arzulayıb.
Qeyd edək ki, “Maşın” şou 8 oktyabr saat 22:15-də ATV-də yayımlanacaq. Onu da deyək ki, Elşad Xose əvvəlki illərdə də bu şouda iştirak edib və sona qalanlardan biri olub.

Paylaş: