"Çətin günlər yaşayırıq..." - Xoşqədəm Hidayətqızından KORONAVİRUS HƏYƏCANI
Tarix: 23-03-2020, 12:09



Koronavirus həyəcanı məşhur aparıcı Xoşqədəm Hidayətqızından da yan keçməyib.

BiG.AZ xəbər verir ki, aparıcı ailəsi ilə birlikdə görüntüləndiyi fotosun instaqram hesabında paylaşaraq, xalqı təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Həmçinin aparıcı əmək haqqısının müəyyən hissəsin Koronavirusla Mübarizə Dəstək Fonduna bağışlayacağını bəyan edib:

"Çətin günlər yaşayırıq. Amma gözəl günlərimizin də gələcəyinə inanırıq, dua edirik. Bütün dünyamızı , ölkəmizi gəzmək, əvvəl olduğu kimi (bu fotoda olduğu kimi) yaşamaq istəyiriksə, bu günlərdə məsuliyyətli olmalı, qoyulan qaydalalara əməl etməliyik. Vətəndaş, sosial məsuliyyətimizi dərk etməliyik. Biz bu bəlaya birlikdə qalib gələcəyimizə inanmalıyıq. Və mən də bir vətəndaş kimi Koronavirusla Mübarizə Dəstək Fonduna öz əmək haqqımın müəyyən bir hissəsini bağışlayacam. Bu bir vətəndaş olaraq mənim borcumdur. Ümid edirəm ki, imkanı olan hər kəs bu addımı atacaq. Biz birlikdə güclüyük".

"Çətin günlər yaşayırıq..." - Xoşqədəm Hidayətqızından KORONAVİRUS HƏYƏCANI

Paylaş: