Məşhur aktyor da "Evdə qalmağa" üstünlük verdi
Tarix: 23-03-2020, 11:45



Məşhur türk aktyoru Ozan Güven "Evdə qalanlar" sırasına qoşulub.
Open.az xəbər verir ki, aktyor bu aralar rol aldığı "Babil" serialının çəkilişlərinin də dayandırıldığını söyləyib.
Ozan Güvən ondan nigaran qalan pərəstişkarlarına: "Təşvişə düşməyin. Artıq mən də evdəyəm. Sizlər kimi lazım olmadıqca evdən küçəyə çıxmıram. Serialımızın çəkilişlərinə bir həftə ara verilib. Ona görə də bütün yaradıcı qrup evdədir" deyib.
Ozan Güvən serial çəkilişləri ilə məşğul olan bütün film şirkətlərinə də müraciət edərək, bir müddət bütün işlərə fasilə vermək haqqında çağırış edib.
Qeyd edək ki, Türkiyədə bəzi film şirkətləri qaydalara riayət etsələr də, bir çoxları serial çəkilişlərini davam etdirirlər.



Məşhur aktyor da Evdə qalmağa

Paylaş: