Məşhurlar “Evdə qal” çağırışı etdi
Tarix: 19-03-2020, 17:19




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində yeni aksiyaya start verib və #evdəqal həştəqi ilə başladılan aksiya ilə insanları evdə qalmağa çağırıb.
Musavat.com xəbər verir ki, qısa zamanda sosial şəbəkədə yayılan aksiyaya incəsənət nümayəndələri də qoşulub. 
Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə insanları diqqətli olmağa çağırıb: “Hər birimiz özümüzü qorumaqla sağlam günlərə tezliklə çıxarıq”.
Aparıcı Zaur Baxşəliyev instagram səhifəsində maarifləndirici video-çarx paylaşıb. Zaur insanlara məcbur qalmadıqca evdən çıxmamağı məsləhət görüb. 
Aparıcı Aysel Nazim izləyicilərə virusdan qorunmağı məsləhət görüb: “Əziz dostlar, məcbur qalmadıqca evdən çıxmayın, gigiyenik qaydalara əməl edin, əllərinizi, üzünüzü tez-tez yuyun, spirtlənin, bolluca meyvə yeyin, ilıq su için,  immunitetinizi gücləndirən qidalara üstünlük verin. İnşallah, tezliklə koronavirus bəlasından xilas olarıq. Bayram günlərində hamınıza sağlam can arzulayıram” .
Müğənni Nura Suri də “Evdə qalın” çağırışı edən məşhurlar sırasına qoşulub. 
Prodüser Tarix Əliyev (Tolik) də hər kəsin bayram günlərində evdə olmağını məsləhət görüb: “Dostlar, bayramlar çox əzizdi, hamı bir- birinin evinə qonaq getmək istəyir. Amma çalışın öz ailənizlə, evinizin içində doğmalarınızla bayram günlərinizi qeyd edin. Çünki bununla biz sağlamlığımızla həm özümüzü, həm də doğmalarımızı virusdan qorumuş oluruq”.

Paylaş: