"Taxt oyunları"nın daha bir ulduzu koronavirusa yoluxdu
Tarix: 19-03-2020, 16:28




“Taxt oyunları” serialının daha bir ulduzu, İndira Varma da koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, serialda Ellaria Sand obrazına həyat verən 46 yaşlı ingilis aktrisa bu barədə İnstaqramda məlumat yayıb.

“Yataqdayam, heç yaxşı deyiləm” deyə, o, bildirib.

Qeyd edək ki, ötən gün “Taxt oyunları”nda Tormund obrazını canlandıran aktyor Kristofer Hivyu da koronavirusa yoluxduğunu açıqlamışdı.

Paylaş: