"Qane edən ssenari olsa, niyə də çəkilməyim?"
Tarix: 19-03-2020, 15:24



Teleseriallar hər zaman müəyyən insanların maraq dairəsində olub. İndi balaca uşaqdan tutmuş yaşlılara qədər, hər kəsin vaxt ayırdığı seriallar var. Lakin azərbaycanlı aktyorlar bugünkü serialların səviyyəsindən o qədər də razı deyillər. 
Yenisabah.az-a danışan Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik yerli serialların keyfiyyətindən tam razı olmadığını dilə gətirib: “Hansı aktyora təklif varsa, o, ssenarini oxuyur, əgər bəyənirsə serialla çəkilir. Yerli seriallardan o qədər də razı deyiləm. Mənə bir neçə yerli serialdan təklif gəldi, amma qəbul etmədim”. 
Aktyor hazırda bədii film çəkilişində olduğunu da açıqlayıb: “İndi bədii filmə çəkilirəm. Adını açıqlaya bilməyəcəyəm, çünki bizə icazə yoxdur. Hazırda çəkiliş meydançasındayam”.
Xalkq artisti Tariyel Qasımov da yerli serialları bəyənmədiyini deyib: “Azərbaycanda çəkilən serialların səviyyəsi çox aşağıdır. “Bu gün Azərbaycanda xeyli serial çəkilir, amma onların səviyyəsi məni qane etmir. Ona görə ki, serialları çəkənlər qeyri-peşəkar adamlardır, sənətkarlar serial çəkmirlır”.
Tariyel Qasımov bildirib ki, yalnız “Aldanmış hisslər” serialında çəkilib: “Bu serialda mənimlə birgə yaxşı aktyorlar da iştirak edirdi, ona görə mən də razılıq vermişdim. Yoxsa, mən ümumiyyətlə seriallara çəkilmirəm”.
Hazırda işsiz qaldığını deyən 81 yaşlı Xalq artisti bundan sonra gələn serial təkliflərini dəyərləndirəcəyini bildirib: “Mən aktyoram, bundan sonrakı təklifləri də gözdən keçirəcəyəm, qane edən ssenari olsa, niyə də çəkilməyim? 

Paylaş: