"İnsanlar evdə otursalar yaxşıdır, vəziyyət ciddidir..." - Ədalət Şükürovdan KORONAVİRUS QORXUSU
Tarix: 19-03-2020, 12:57



"Əgər uşaqlara məktəbə getməmək deyilibsə, bu o demək deyil ki, çıxıb şəhərdə gəzməlidirlər".

Bu sözlər əməkdar artist Ədalət Şükürov "Xəzər Tv" də yayımlanan "5də 5" verilişində qonaq olarkən deyib.

BiG.AZ xəbər verir ki, əməkdar artist ölkədə tətbiq olunan karantin rejimindən danışıb. Ədalət vəziyyətin ciddiliyini vurğulayıb:

"Dövlətimiz nə qərar verirsə, o da olmalıdır. İndi elə dövrdür ki, insanlar elə evdə otursalar yaxşıdır. Hansısa böyük bir iş yoxdusa, ev yaxşıdır. İndi biz başa düşürük ki, vəziyyət ciddidir. Əgər uşaqlara məktəbə getməmək deyilibsə, bu o demək deyil ki, çıxıb şəhərdə gəzməlidirlər. Bu o deməkdir ki, evdə oturmalıdırlar. Yaxud da uşaqları aparırlar ticarət mərkəzlərinə. Olmaz belə. Karantin karantindir. Bizim də o qədər tədbirlərimiz, toylarımız təxirə düşdü ki. Dövlətimiz qayğımıza qalır. Biz özümüz də bunlara diqqət etməliyik".

Paylaş: