“La casa de papel”in aktrisası koronavirusa yoluxdu
Tarix: 19-03-2020, 10:29



Dünyaca məşhur  “La casa de papel” serialının aktrisası koronavirusa yoluxub.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, serialda Rakel Murillio obrazını canlandıran aktrisa İtziar İtuno bu haqda sosial şəbəkədə məlumat verib. 
“Bir həftədir öskürək və qızdırmam var idi. Bu gün testin nəticələrini aldıq. Pozitiv çıxdı. Vəziyyətim yüngüldür amma immuniteti zəif insanlar üçün çox təhlükəliyəm”.
45 yaşlı aktrisa insanlara evdən çıxmamağı, özlərini qorumağı məsləhət görüb.




Paylaş: