“Virusun Azərbaycandan yan keçməsi bizdən asılıdır” - Xalq artisti
Tarix: 18-03-2020, 11:52



Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva koronavirus xəstəliyinin cəmiyyətdə yaratdığı xofdan danışıb. 
Yenisabah.az xəbər verir ki, aktrisa insanları ehtiyyatlı olmağa, qayda-qanuna riayət etməyə səsləyib: 
“Mənim əzizlərim, biz insanlar bu dünyaya xoşbəxt olmağa gəlmişik. Tanrı da xoşbəxt olmağımız üçün bütün gözəllikləri bizə bəxş edib. Bizim missiyamız dünyamızı qorumaq, bir-birimizi xoşbəxt etməkdir. Bilirsiniz ki, amansız virus dünyanı cənginə alıb. Virusun  Azərbaycandan yan keçməsi bizdən asılıdır. Qayda-qanunlara əməl edin, təmizliyə riayət edin. Bu xəstəlikdən dünyasını dəyişmiş bütün insanlara rəhmət diləyirəm, milliyətindən asılı olmayaraq. Azərbaycanımızı  inşallah sağlam və gözəl görək. Özünüzdən muğayat olun, hər şey yaxşı olacaq”.
Həmin görüntüləri təqdim edirik:

https://video.yenisabah.az/embed.php?vid=520f07e9b​​​

Paylaş: