"Məni uşaqlıqdan hamı qıza oxşadırdı" - Samir Bağırov
Tarix: 5-10-2017, 10:09


Azərbaycandan sənəti və xəbərləri ilə hər zaman gündəmdə olan, tez-tez gözdən itən məşhur müğənnimiz Samir Bağırov PrimeTime.Az-ın Tet-a-Tet rubrikasının qonağıdır.  İnsanlar Samir Bağırovu hər zaman fərqli xəbərləri və özünəməxsus ifası ilə tanıyıblar. Amma onun əslində kim olduğunu bilmirlər. S. Bağırov bu müsahibədə özü və ailəsi haqda danışıb. 

- Samir Bağırov kimdir?

- Samir Bağırovu anlatmaqla bitməz. Belə başlayım. Ailədə iki uşağıq, mən və bacım. Anam əslən ukraynalıdır, atam bakılı. Anamla atam çoxdan ayrılıblar. Hardasa 30 il olar ayrıdırlar. Anam atamdan ayrıldıqdan sonra Amerikaya getdi. Hazırda orada yaşayır. Atam da ikinci dəfə başqa bir xanım ilə ailə qurub Bakıda yaşayır. Bacım da Hollandiyada. Orada ailə qurub. İki böyük qızı var. Mən də bildiyiniz kimi Bakıda yaşayıram. Əslində mənim də burdan gedib Amerikada yaşamaq şansım var. Hətta bir neçə il öncə Amerikaya, anamın yanına getdim.

- Ailə üzvlərinizlə görüşürsünüz?

Atamla tez-tez görüşsəm də, bacım və anamla 6 ildən çoxdur görüşmürəm. bir neçə il öncə Amerikaya anamın yanına getdim, amma orada qala bilmədim. Orada yaşamaq və vətəndaşlıq almaq şansım var idi. Amma mən Azərbaycansız yaşaya bilmərəm. Anam indi də yalvarır ki, gəl yanıma, burada qal, amma getmirəm. Çünki Bakıdan uzaq düşmək mənə çətindir. Anam mənə çox düşkündür. Tez-tez telefonla danışırıq. O, mənim hər şeyimdir. Bir-birimizdən ayrı yaşasaq da anam mənə maddi və mənəvi hər zaman dəstək olur.

- Özünüz haqqında insanları təəccübləndirən nə deyə bilərsiniz?
- Sizə onu deyim ki, bizim nəslimizdə ana və ata tərəfdən oğlan uşağı olmayıb. Hamısının qız övladı var. Bir oğlan mən doğulmuşam. Məni də uşaqlıqdan hamı qıza oxşadırdı. Bu da məni özümü qadın kimi hiss etməyə vadar etdi.

- Deyilənə görə, Samir Bağırovun çox çətin həyatı olub...
- Əlbəttə, çətinliklərim çox olub. Amma mən bu çətinliklərin öhdəsindən gəlmişəm. Öz sənətimə və səsimə hər zaman güvənmişəm.

- Bəs niyə görünmürsünüz?
- Mənim bu həyatda yalnışlarım çox oldu. Amma artıq yaşın yarısına gəlmişəm. Bundan sonra özümü axırıncı yola qoyub gündəmə gəlmək istəmirəm. Axı, mən çox güclü musiqiçilərdən dərs almışam. Nacizanə bir xatirəmi sizinlə paylaşmaq istərdim. Bizim çox dəyərli sənətkarımız Eldar Mansurovun uzun illər öncə mənim haqqımda söylədiyi bir söz vardı: "Azərbaycan estradasını bir "şkaf" düşünsək, onun 5 rafı olsa, ən üstlərdə Samir Bağırov durardı". Bu sözü heç vaxt dilimə gətirməmişdim, amma baxıram mənim haqqımda çox danışırlar. Ona görə də dilimə gətirmək məcburiyyətində qaldım.


Paylaş: