Azərbaycanlı məşhurlar koronavirusa görə test etdilər, cavab isə...
Tarix: 18-03-2020, 10:53



Bütün dünyanı qorxuya salan koronavirus təkcə adi insanları deyil, məşhurları da həyəcanlandırır. Hər gün məşhurlarla bağlı yazılan xəbərlərdə onların da bu virusdan qorunmaq üçün xüsusi tədbirlər gördüyünün şahidi oluruq.

BiG.AZ xəbər verir ki, aparıcı Cavid Gül də koronavirus həyəcanı keçirən məşurlar sırasındadır. Belə ki, o, koronavirusdan qorunmaq üçün test analizindən keçib. Sosial media hesabında testin cavablarını paylaşan məşhur aparıcı postun şərh bölümündə "müayinənin cavabı gəldi. Şükür, korona yoxumdur" yazıb.

Sözügedən posta çoxsaylı şərhlər yazılıb. Şərhlər sırasında tanınmış aparıcı, aktyor Şəhriyar Əbilovun yazısı diqqət çəkib. Belə ki, onun "baxmışam" şərhinə "səndə nə çıxdı?" sualını verən Cavid Gül Əbilov tərəfindən "soruşma, sonra deyərəm" cavabını alıb.

Sözügedən postu təqdim edirk:

Azərbaycanlı məşhurlar koronavirusa görə test etdilər, cavab isə... - FOTO

Paylaş: