MTRŞ koronavirusa görə vətəndaş qəbulunu dayandırır
Tarix: 18-03-2020, 10:11


Milli Televiziya və Radio Şurası (MTRŞ) koronavirusa görə vətəndaşların qəbulunu dayandırır.
MTRŞ-dan Trend-ə verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatını, həmçinin Azərbaycan Respublikası Baş Nazirinin dövlət qurumlarınının rəhbərlərinə ünvanlandığı 16 mart tarixli məktubunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurasında vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.
Bu dövr ərzində müraciətlər (012) 498-18-82 və (012) 598-50-42 telefon nömrələri vasitəsilə, həmçinin, Şuranın rəsmi elektron poçtu (office@ntrc.gov.az) və Facebook səhifəsi (www.facebook.com/ntrc.gov.az) ilə qəbul olunacaq.

Paylaş: