“Panikaya düşməyin, marketlər ağzına kimi doludur”
Tarix: 17-03-2020, 12:47



Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə məktəblər bağlanıb, bir çox kütləvi tədbirlər təxirə salınıb. Toy və digər el şənliklərinin keçirilməsinə də bir ay məhdudiyyət tətbiq edilib. Maraqlıdır, konsertləri təxirə salınan müğənnilər virusdan qorunmaq üçün nə edir?

Xalq artisti İlqar Muradov Yenisabah.az-a açıqlamasında özünü və ailəsini virusdan qoruduğunu deyib: “Hazırda bütün dünya virusdan qorunur, təbii ki, mən də, ailəm də qorunuruq. Onsuz da kütləvi tədbirlər, toylar dövlət tərəfindən ləğv edilib. Bunların hamısı insanların təhlükəsizliyi üçündür. Anlayışla qarşılamaq, qadağalara əməl etmək lazımdır”. 
Müğənni əhalinin marketlərə “hücum” etməsinə də münasibət bildirib: “İnsanlar panikaya düşüblər, marketlərə hücum edirlər. Mən düşünürəm ki, buna ehtiyac yoxdur. Sosial şəbəkələrdə də yazırlar. Marketlərdə ərzaq boldur. Allah xalqımızı qorusun, hər şey yaxşı olacaq”.

Paylaş: