Murad Arif soyadını dəyişdirdi
Tarix: 17-03-2020, 11:59



Tanınmış şoumen Murad Arif soyadında dəyişilik etdirib.

BiG.AZ xəbər verir ki, o Şükürov sayadındakı "ov" şəkilçisini götüzdürərək Murad Şükür kimi qeydiyyat etdirib:

"Sevincliyəm. Bir türk oğlu olaraq, rəsmi surətdə, soyadımda -OV şəkilçisindən qurtuldum! Uşaqları doğulan kimi, "Şükür" soyadı ilə qeyd etmişdik. Lakin, böyük adamlarda problematikdir... Çünki, bir sürü sənəd toplamaq lazım olurdu. Nəhayət alındı!
Qarşılayın, Murad (Arif oğlu) Şükür "

Murad Arif soyadını dəyişdirdi - FOTO


Paylaş: