Koronavirusdan qorunan məşhurlar maska ilə gəzirlər
Tarix: 17-03-2020, 10:46



Son zamanlar dünyanı qorxuya salan koronavirus ölkəmizdən də yan keçmir. Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə dünyada yayılmış koronavirusla əlaqədar ölkədə xüsusi rejim tətbiq olunub və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub.

BiG.AZ xəbər verir ki, bütün vətəndaşlar kimi məşhurlar da bu virusdan qorunmaq üçün profilaktik tədbirlər həyata keçirirlər.

Koronavirusdan qorunan məşhurlar bir yerə toplaşıblar. Məkanların da bağlı olduğuna görə onlar evdə yığışıblar. Xalq artisti Röya Ayxan instaqram hesabında həmkarı Sevda Yahyayeva, Zamiq və digər dostları ilə birlikdə olduğu fotonu paylaşıb. Şəkildə bütün dostların maska geyindiyi diqqət çəkib.

Koronavirusdan qorunan məşhurlar maska ilə gəzirlər - FOTO
Koronavirusdan qorunan məşhurlar maska ilə gəzirlər - FOTO

Paylaş: