“Taxt oyunları”nın aktyoru da koronavirusa yoluxdu
Tarix: 17-03-2020, 10:13



“Taxt oyunları” serialının məşhur aktyoru Kristofer Hivyu da yeni növ koronavirusa yoluxub.
Kult.az xəbər verir ki, bu barədə aktyor İnstaqram səhifəsində məlumat yayıb.
“Təəssüf ki, bu gün mənə koronavirus diaqnozu qoyuldu. Ailəmlə birlikdə nə qədər lazımdırsa, o qədər də izolyasiya olunacağam”, - aktyor yazıb.
Hivyu bildirib ki, xəstəlik yüngül formadadır və qripin yalnız yüngül simptomları müşahidə olunub.
Qeyd edək ki, məşhur aktyorlar Tom Henks, Olqa Kurilenko və İdris Elba da koronavirusa yoluxanlar arasındadır.

Paylaş: