Murad Dadaşov "Fəlakət"i "Xəzər" TV-yə gətirdi
Tarix: 16-03-2020, 11:51



Xalq artisti Murad Dadaşov "Xəzər" TV-yə rəhbər təyin edildikdən sonra bir çox dəyişikliklər edib. UlduzumSan.Az-ın məlumatına görə, o, telekanala yeni kadrların cəlb olunmasına başlayıb. Dadaşovun telekanala transfer etdiyi ilk aparıcı isə "Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucovdur.
Elşən "Youtube"da yayımlanan "Fəlidən doğru xəbər" adlı layihəsi ilə sözügedən kanalda efirə çıxacaq.
Onun verilişinin vaxtı bəlli olmasa da artıq anonsları efirdə yayımlanır.

Paylaş: