Kərim Abbasovdan koronavirus həyəcanı: "Qara günlərimiz bu gündən başladı"
Tarix: 16-03-2020, 10:57



Son zamanlar dünyanı qorxuya salan koronavirus ölkəmizdən də yan keçmir. Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə dünyada yayılmış koronavirusla əlaqədar ölkədə xüsusi rejim tətbiq olunub və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub.

BiG.AZ xəbər verir ki, bütün vətəndaşlar kimi məşhurlar da bu virusdan qorunmaq üçün profilaktik tədbirlər həyata keçirirlər. Belə ki, müğənni Kərim Abbasov instaqram hesabında maska ilə foto paylaşıb.

O, fotonu paylaşaraq "Qara günlərimiz bu gündən başladı" şərhini yazıb. Foto izləyicilərin diqqətinə səbəb olub.

Paylaş: