Müğənni Nazənin Mübarizə dəstək oldu
Tarix: 16-03-2020, 10:24




Tanınmış azərbaycanlı müğənni Nazənin martın 15-də İstanbulda saxlanılan iş adamı Mübariz Mənsimova dəstək olub.
Lent.az -ın məlumatına görə, ifaçı İnstqram səhifəsində canlı yayıma çıxaraq “Palmali” prezidentinin həbsindən kədərləndiyini bildirib.
O, Türkiyənin müvafiq qurumlarından Mənsimovun işinə ədalətli baxılmasını və tezliklə azadlığa çıxmasını xahiş edib. Nazənin çıxışı zamanı kövrəlib və daha sonra ağlamağa başlayıb.

Qeyd edək ki, Türkiyə mətbuatı M.Mənsimovun FETÖ işi çərçivəsində saxlanıldığını yazıb.

Paylaş: