Toylarla bağlı qadağa bu gündən başlayır
Tarix: 16-03-2020, 09:34



Koronavirus təhlükəsi səbəbiylə Azərbaycanda martın 14-dən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınsa da, toy məclisləri üçün iki gün güzəşt edilmişdi.
"Qafqazinfo" Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, bu gündən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunub. Tətbiq olunan xüsusi rejim bir ay davam edəcək.

Paylaş: