"Qəlyan çəkmə, işə getmə, toy eləmə, yasda nəbadə halva ye..."
Tarix: 13-03-2020, 12:40




Son günlər bütün dünyanı vahiməyə salan koronavirus bizim ölkənin əhalisini də həyəcana salıb. Hər kəs paylaşdığı postlarında bu virusdan bəhs edir.

BiG.AZ xəbər verir ki, məşhur aparıcı Cavid Gül də sosial media hesabında post paylaşaraq koronavirusa qarşı üsyan edib. İngilis dilində yazısı olan fotoya belə bir şərh yazıb:

"Eyyub demişkən, belə yaşamaqdan yaxşıdır ... qəlyan çəkmə, işə getmə, toy eləmə, yasda nəbadə halva ye, kinoya baxma, kosa ilə yumurta döyüşdürmə, Tom Henksə salam vermə, Ronaldo ilə görüşmə. Yəni, yıxıl öl. Seçim ya virus ya şizus . Bu arada cüməyə getmək olar?"

Sözügedən postu təqdim edirik:

"Belə yaşamaqdan yaxşıdır..." - Cavid Güldən Koronavirusa üsyan


Paylaş: