"Qızım qonşuluqda qalır" - Aybəniz Aynişandan danışdı
Tarix: 13-03-2020, 12:39



"Qızım yaxınımda yaşayır. Qonşuluqda ev götürüblər. Amma hər bir valideyn ömürboyu övladının xiflətini çəkir. Allahın bir çayını içəndə də düşünürəm ki, görəsən, o da istirahət edə bilir".

BiG.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova bir müddət əvvəl toyu olan qızı Aynişan haqda danışıb. O bildirib ki, qızı həyat yoldaşı ilə birlikdə ona qonşu yerdə yaşayır.

A.Haşımova nənə olmaq istədiyini də deyib:

"Aynişanın özü kimi bir qız istəyirəm. O, dünyaya gəlməzdən əvvəl Aynişanın atası ilə oğul övladı arzulayırdıq. Amma indi qız uşağı istəyirəm".

Paylaş: