Demet Akalın koronavirusa tutulub?
Tarix: 13-03-2020, 11:37



Çinin Vuhan şəhərində meydana gələn və qısa müddətdə bütün dünyaya yayılan koronavirus 4 min 500 nəfərdən çox insanın ölümünə səbəb olub. Son günlərdə Türkiyədə yayılan virusun təsiri bütün insanları qorxuya salıb.
Unikal.org məlumat verir ki, ölkə daxilində çaxnaşmaya səbəb olan koronavirus paylaşımları ilə gündəmə gələn türkiyəli məşhur müğənni Demet Akal koronavirusa tutulması barədə yayılan paylaşımlara münasibət bildirib. 
Belə ki, qrip olan, lakin koronavirusdan qorunduğu üçün xəstəxanaya getməyən Demet Akalın evinə həkim gəlməsi sosial şəbəkələrdə gündəm yaradıb.
Bu barədə “Evdə dincəlirəm. Koronavirusdan qorunduğum üçün xəstəxanaya getmədim. Həkim evə gəldi müayinə etdi, heç bir ciddi əlamət aşkarlanmadı. Bu qədər xaosa ehtiyacım yoxdur. Gəlin şüurlu olaq. Evdə kifayət qədər gigiyena və dezinfeksiya hadisələrinə diqqət edirəm” deyə jurnalistlərə açıqlama verən müğənni koronavirusla bağlı yayılan məlumatları təkzib edib. 

Paylaş: