Məşhur aktrisadan koronavirusla bağlı məsləhət
Tarix: 12-03-2020, 16:00




Türkiyənin məşhur aktrisası Məryəm Üzərli yeni fotosu ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, hər kəsi qorxuya salan koronavirus həyəcanı məşhur aktrisadan da yan keçməyib. Üzərli sosial media hesabında foto paylaşaraq koronavirusa yoluxmamaq üçün məsləhətlər verib. Maska və əlcək geyərək çəkdirdiyi fotoya ingilis dilində şərh yazıb. Şərhdə qeyd olunur:

"Şəkildən öncə əlcək dəyişdirilib. Zəhmət olmasa, əllərinizi üzünüzə vurmayın".

İzləyicilər tərəfindən bəyənilən fotoya çoxsaylı şərhlər də yazılıb.

Sözügedən fotonu təqdim edirik:

Məşhur aktrisadan koronavirusla bağlı məsləhət - FOTO


Paylaş: