Tom Henks və həyat yoldaşı koronavirusa yoluxdu
Tarix: 12-03-2020, 08:19




Amerikanın məşhur aktyoru və prodüseri Tom Henks (Tomas Ceffri Henks - Red) və onun həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə aktyor özünün “Twitter” səhifəsində bəyan edib.
“Mən Rita ilə ( Həyat yoldaşı - Red) Avstraliyadayıq. Biz koronavirusla bağlı analiz verdik və cavab müsbət oldu”.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Paylaş: