"Çılpaq gəlirlər efirə..." - Zaur Kamaldan müğənnilərə İRAD
Tarix: 11-03-2020, 16:17




Məşhur aparıcı Zaur Kamal verilişində qalmaqallı danışığı ilə gündəmə gəlib.

BiG.AZ xəbər verir ki, Zaurun aparıcılığı ilə "Xəzər Tv" də yayımlanan "5də 5" verilişində maraqlı məqamlar yaşanıb. Belə ki, efir mədəniyyətindən danışan aparıcı bəzi müğənnilərə irad tutub:

"Bəzi gənc müğənnilər var ki, sənətkarın yanında özlərini apara bilmirlər. Verilişə çılpaq gəlirlə. Ayağı ayaq üstünə aşırıb otururlar. Aparıcı da irad tutub nəyisə deyəndə, kənardan kobud səslənir. Bu yetim Zaur axı neyləsin ki, çılpaq gəlib, hələ üstəlik oturuşlarını da bilmirlə. Belə edənləri nə etmək lazımdır?! Verilişə çağırmamaq lazımdır".

Paylaş: