"Oranın rəhbəri..." - Mətanət Əsədovadan Xəzər TV-də efir qadağasına CAVAB
Tarix: 11-03-2020, 16:14




Xəbər verdiyimiz kimi, bu gün Xəzər TV-nin rəhbəri Murad Dadaşov Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova və Damlaya efir qadağası qoyub.
Məsələ ilə bağlı müğənni Mətanət Əsədova KONKRET.AZ-a açıqlamasını təqdim edirik:
“Qadağadan xəbərim var. Rəhbər özü bilər. Murad müəllim özü bilər. Oranın rəhbəri odur. O, necə  məsləhətdirsə, elə də olub. Mən rəhbərlə durub rəhbərlik edə bilmərəm! Necə məsləhətdirsə elə də olub.”

Paylaş: