Leyla Quliyeva İTV-dən getdi
Tarix: 11-03-2020, 15:31




Aparıcı Leyla Quliyeva İTV-nin Musiqi departamentinin rəhbəri vəzifəsindən imtina edib.

Aparıcı işdən çıxması ilə bağlı ərizəsini rəhbərliyə təqdim edib. Onun kanaldan getmə səbəbi hələ məlum deyil.
Qeyd edək ki, aparıcı 2018-ci ildən sözügedən vəzifədə çalışırdı. O, eyni zamanda sözügedən kanalda "Səs uşaqlar" yarışmasının aparıcısıdır. /Axşam.az

Paylaş: