“Lider” TV fəaliyyətini bərpa edəcək – Aparıcı tarixi açıqladı
Tarix: 11-03-2020, 11:05




“”Lider” TV bağlanmayıb. Bu gün axşam telekanalın fəaliyyəti bərpa olunacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında telekanalın “İnsan və Qanun” verilişinin aparıcısı, tanınmış vəkil Adəm Məmmədov deyib. O, “Lider”in yayımının dayandırılması ilə bağlı xəbəri təkzib edib: “Dünən gecə texniki problemlər yarandı, yayım ona görə dayandırıldı. Bu gün axşama kanal fəaliyyətini bərpa edəcək”. 
Qeyd edək ki, “Lider” telekanalının yayımının dayandırılması ilə bağlı məlumat yayılıb. Dünən gecə saat 22:01- də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Paylaş: