Fərda Xudaverdiyev "fırıldaçılıqla" məşğuldur
Tarix: 4-10-2017, 14:31


Aktyor Fərda Xudaverdiyev daha bir filmdə rol alıb. 
UlduzumSan.Az bildirir ki, bu haqda aktyorun özü açıqlama verib: ""Təhmin və Zaur" adlı ekran işində çəkilmişəm. Filmdə "Zaur" obrazını canlandırıram. Ekran işində baş rollarda mənimlə yanaşı aktyor Elcan Rəsulov və aktrisa Kəmalə Priyeva çəkilib. Filmdə tənha və dul xanımlardan ibarət şirkətə rəhbərlik edirəm. Şirkətdə aldatmadığım adam qalmayıb. Ancaq ekran işinin sonunda özüm pis vəziyyətə düşürəm və böyük seçim qarşısında qalıram. "Təhmin və Zaur" filmi 19 oktyabrdan kinoteatrlarda nümayiş olunacaq. Hər kəsi filmə baxmağa dəvət edirəm".
Qeyd edək ki, "Təhmin və Zaur" filminin rejissoru Zaur Mirzəzadə, quruluşçu rəssamı isə Səbuhi Atababayevdir.

Paylaş: