Hamilə olan məşhur müğənninin toyu koronavirusa görə TƏXİRƏ SALINDI
Tarix: 9-03-2020, 10:58




Sonuncu klipində 5 aylıq hamilə olduğunu elan edən dünyaca məşhur müğənni Keti Perinin toyu təxirə salınıb.
''Ölkə.Az'' xəbər verir ki, keçən il nişanlanan Keti Peri və Orlanda Blum cütlüyü yayın əvvəlində toy etməyə hazırlaşırdılar. Lakin koronavirusun dünyaya sürətlə yayılması səbəbi ilə toyu təxirə salmağa qərar veriblər. Belə ki, cütlük 150 nəfərin qatılacağı toyu Yaponiyada etməyi planlaşsalar da bu fikirdən daşınıblar. Onların yeni qərarına görə toy ABŞ-da baş tutacaq. 









Paylaş: