Azərbaycanda teatr və konsert müəssisələri koronavirusa görə fəaliyyətini dayandırdı
Tarix: 7-03-2020, 12:24




Azərbaycanda fəaliyyətə göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. 
Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. 
Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək. 

Paylaş: