Məlahət Abbasova 33 ildən sonra "Nargilə"dən yazdı
Tarix: 6-03-2020, 11:24




Türkiyədə yaşayıb, yaradan azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova 33 il əvvələ qayıdaraq, "Sən həmişə mənimləsən" televiziya tamaşasını və sevimli "Nargilə"ni xatırlayıb.
Open.az xəbər verir ki, sosial media hesabından Nadejda İsmayılovanın yeni çapdan çıxmış kitabından fotolar paylaşan aktrisa, ötən illərə qayıdıb və tamaşanın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətin üzvlərini hörmətlə yad edib. Məlahət Abbasova düşüncələrini belə ifadə edib:
"Həyatımın dönüm nöqtəsi "Sən həmişə mənimləsən" tamaşası. Dəyərlimiz Nadejda xanım İsmayılova o günləri tamaşamızın rejissoru ömrümün sonuna qədər darıxacağım, canım, qiymətlim, mələyim, anam, mənim sənətdə yol göstərənim, həyatda nə olursa olsun alnıaçıq, dimdik durmağı öyrədənim Gülcahan xanım Güləhmədovanın haqqında yazdığı kitabda toplaması məni inanılmaz duyğulandırdı. Təşəkkür edirəm, Nadejda xanım. O kitabı hər dəfə vərəqlədikcə məni o günlərə aparır. Canım yazıçımız, dəyərlimiz İlyas Əfəndiyev, tamaşamızın 2-ci rejissoru, canım Tariyel Vəliyev. Allah hər üçünüzə rəhmət eləsin. Məkanlarınız cənnət olsun. Nurlar içində yatın. Sizin Melişiniz sizi heç unutmadı. Siz həmişə mənimləsiniz" deyə Məlahət Abbasova ürək sözlərini belə dilə gətirib.
Xatırladaq ki, 1987-ci ildə efirə gedən "Sən həmişə mənimləsən" televiziya tamaşasının ssenari müəllifi İlyas Əfəndiyev və Gülcahan Güləhmədova-Martınovadır.
Quruluşçu rejissor Gülcahan Güləhmədova-Martınova, quruluşçu operator Eldar Məmmədovdur.
Tamaşada Həsənzadə obrazını Xalq artisti Rasim BalayevNargilə surətini Məlahət Abbasova canlandırıb.



Məlahət Abbasova 33 ildən sonra NargiləMəlahət Abbasova 33 ildən sonra NargiləMəlahət Abbasova 33 ildən sonra Nargilə
Məlahət Abbasova 33 ildən sonra Nargilə


Paylaş: