"Manafın həyətindəki zibilqabı da gümüşdəndir"
Tarix: 2-03-2020, 15:30




Əməkdar artist Elza Seyidcahan "Toliklə Səmimi" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, müğənni proqramda bir çox maraqlı məqamlara toxunub. Belə ki, Elza Seyidcahan bildirib ki, indiki bəzi müğənnilər sənət göstərmək istəmirlər:

"Verilişlərin birində eşitdim ki, Manaf Ağayev deyir, bizə çörək lazımdır, əsər yox. Bu söz mənə çox təsir etdi. Ümumiyyətlə, indi bir çox musiqiçilərin ağzına düşüb, nəsə deyəndə deyirlər "çörək var orda?" Bunu deməklə həmin musiqiçilər sənətlərini kiçildirlər. Ona görə bir dəfə Manafı çağırdım ki, gəl, sənə musiqi verim, onu ifa et. Sənət nümayiş etdir. Əslində Manaf onu oxuyacaq müğənnidir. Yəni bunu bacarar. Amma istəmədi. Təklif etdim ki, gəlin tərzimizi dəyişək. Getsən Manaf Ağayevin evinə, bəlkə elə həyətinə qoyduğu zibilqabı gümüşdəndir. Əgər Manaf bəy keyfiyyətin nə demək olduğun bilmirsə, niyə zibilqabın gümüş işlədir. Niyə istəyirik ən yaxşı villa, ən bahalı brilliant bizdə olsun. Eləcə də bu bahalı sənət Azərbaycanındır. Onu qorumalıyıq".

Paylaş: