Nurgül Yeşilçayın İRAN QORXUSU
Tarix: 4-10-2017, 09:47


Nurgül Yeşilçay iranlı rejissor Bayram Nemətlinin "Yedullahın Gözəl Cini” adlı filminə çəkilməkdən imtina etmək fikrindədir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa İranlı rejissor Bayram Nemətlinin "Yedullahın Gözəl Cini adlı” filminə çəkilmək təklifini qəbul etmişdi. O, çəkilişlər üçün Tehrana getməli və 5 həftə orada qalmalı idi. İlk vaxtlara "Çox həyəcanlıyam, getmək üçün səbirsizlənirəm" deyən film ulduzu fikrini dəyişib.
O, sosial şəbəkədə "İranda vəziyyət qarışıqdır, bilmədim gedim, ya yox?" deyə status yazıb.

Paylaş: