22 film, 18 tamaşa... – Gülə-gülə, ustad!
Tarix: 29-02-2020, 10:40




Xəbər verdiyimiz kimi, Xalq artisti Ağaxan Salmanlı bu gün vəfat edib.

"Yeni Sabah" mərhum sənətçinin qısa həyat hekayəsini təqdim edir:
Ağaxan Salmanlı 1941-ci il, oktyabrın 29-da Suraxanıda anadan olub. Aktyor ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində alıb.
Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bugünə kimi bir çox tanınmış filmlərdə rol alıb. O, "İstintaq davam edir" "Axırıncı aşırım" , "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Ötən ilin son gecəsi", "Güllələnmə təxirə salınır!" və s. filmlərdəki obrazları ilə yadda qalıb.
Mərhum aktyorun son çəkildiyi komediya filmi isə 2016-cı ildə "Naxox" filmi olub.
A.Salmanlı teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Ağaxan Salmanlı Azərbaycanın ən məhsuldar aktyorlarından biri olub. O, 22 filmdə və 18 tamaşada rol alıb.
Özünü rejissor kimi sınayan mərhum xalq artisti bu sahədə də uğur qazana bilib. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, N.B.Vəzirov adına Lənkəran Dövlət Musiqili Dram Teatrında və Dərbənd Azərbaycan Dövlət Dram Teatrında üst-üstə 23 tamaşaya quruluş verib.
Allah rəhmət eləsin!

Paylaş: