"Ay insan, mənim arvadım da, uşağım da var"
Tarix: 28-02-2020, 16:45




Məşhur müğənni Niyam Salami "Xəzər Tv" də yayımlanan " Hər şey daxil" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı müğənni haqqında yazılan yazılardan, verilişlərdəki yalan məlumatlardan danışaraq sərt reaksiya göstərib:

"Mən elə efir vasitəsi ilə demək istəyirəm ki, sən necə kişisən ki, efirdən borcunu istəyirsən. Neçənci ildəsə “şirvan”ın (2000-ci illərdə 10 min manatlıq pul vahidi. Üzərində Şirvanşahlar sarayının təsviri olduğu üçün xalq arasında “şirvan” adlanırdı) vaxtında pul xərcləyibsə, gəlsin üzbəüz istəsin. Mən burdan demək istəyirəm ki, vətəndaş kimi icazə vermirəm reytinq xətrinə yalan-yalnış məlumatlar verəsiz. "R" hərfi axırınıza çıxacaq sizin. Kimsə mənim icazəm olmadan arvadım olur, biri mənlə nişanlı çıxır. O deyir borcum var. Ay insan, mənim arvadım da, uşağım da var. Rədd olun!"


Paylaş: