"Müğənnilərin nələr etdiyini görmək üçün gecə klubuna getdim"
Tarix: 28-02-2020, 14:54




ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Əli Mirəliyev olub.

Müğənni, onun haqqında yalan danışanları, böhtan atanları cavabsız qoymacağından danışıb:

“Qəsdən gedib gecə klubunda oturmuşam. Müğənnilərin gecə klubunda nə etdikləri mənə maraqlı olub. Yüksək səs veriblər, dəlixanadır. Cavanlar düşüb ortalığa. Pul verdilər, mikrafonu götürüb “Gecələr bulaq başı” oxudum. Şou-proqrama getməmişəm, cibimə basıblar ki, bir ağız oxu, oxumuşam. İnanırsız necə sakit oldular Elə bil su səpdim ora”.



Paylaş: