Məşhurlar şəhidlər üçün göz yaşı axıdırlar – "Ürəyim qan ağlayır"
Tarix: 28-02-2020, 12:45




Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələri havadan hücuma məruz qalıb. Rejim qüvvələrinin hücumu nəticəsində Türkiyə ordusunun 33 hərbçisi şəhid olub. Çoxlu sayda yaralının olduğu bildirilir. Yaralı hərbçilər Cilvegözü sərhəd-keçid məntəqəsindən Türkiyəyə aparılıblar.
Yenisabah.az xəbər verir ki, türkiyəli məşhurlar ölkəni kədərə boğan bu hadisəyə səssiz qalmayıblar. Onlar ard-arda sosial şəbəkədə acılarını bölüşüblər.
Müğənni Demet Akalın - "Dualar sadəcə "Mehmetciyə".
Aparıcı Acun Ilıcalı – "Başımız sağ olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Allah millətimizə səbr versin".
Aktyor Şahan Gökbahar - "Çox üzgünəm, gənc canlar qurban getdi. Allah şəhidlərimizə rəhmət etsin".
Müğənni Alişan – "Allah qorusun əsgərlərimizi. Bu gecənin üzü suyu hörmətinə…"
Modelyer İvana Sərt - "Allah millətimizə səbr versin". Müğənni Fərhat Göçər – "Ürəyim qan ağlayır, başımız sağ olsun. Allah şəhidlərimizə rəhmət etsin, yaralılara şəfa versin".

Paylaş: