"Açıq-saçıq geyinənlər pozğun deyil" - Dilarə Kazımova
Tarix: 28-02-2020, 12:19




“Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova onu tanımayan həmkarlarından danışıb.
Lent.az -ın məlumatına görə, ifaçı “Show news” verilişində deyib ki, müğənnilərin əksəriyyəti paxıldır:
“Bəzi insanlar sözü üzümə deyə bilmir. Arxamca danışanlar məndən arxada qalır. Bəzi həmkarlarım deyir ki, Dilarəni tanımıram. Yalan deyirlər. Gündəmdə olan insanlar məni tanıyır, çünki biz də gündəmdəyik. Paxıllıq pis şeydir. Rəqabət yaxşıdır. Öz üzərinizdə işləyin, tanrı sizə hər şey verəcək. Özümə yalnız özümü rəqib görürəm. Dünənkindən yaxşı olmağa çalışıram. Eynilikdən bezirəm. Mən yalnız öz şou-biznesimizi izləmirəm. Beyonsu, Rihannanı izləyirəm. Yaxşıları götürürəm. Mənə dünya ulduzları örnəkdir”.
D.Kazımova açıq-saçıq geyimlərindən də danışıb:
“Mənə nə yaraşırsa, onu da geyinirəm. Niyə qapalı geyinməliyəm? Həftədə 2-3 dəfə idman, rəqs edirəm. Elə insanlar var ki, qapalı geyinirlər, min hoqqadan çıxırlar. İnsana geyimə görə dəyər vermək lazım deyil. Elə qadınlar var ki, açıq geynir, amma pozğun deyillər. Açıq geyimdə özümü rahat hiss edirəm”.



Paylaş: