Koronavirusa görə məhkəməyə qatılmadı
Tarix: 26-02-2020, 16:20

Koronavirusa görə məhkəməyə qatılmadı

Türkiyənin məşhur müğənnisi Gülben Ergen keçmiş həyat yoldaşı Erhan Çeliklə baş tutan məhkəmə prosesinə qatılmayıb.
Gununsesi.org  xəbər verir ki, sənətçini iclasda vəkili təmsil edib. O, çıxış edərək G. Ergenin Ankarada olduğunu, koronavirus səbəbi ilə İstanbula gələ bilmədiyini açıqlayıb:
“Hakimin qarışısında bildirirəm ki, müvəkkilim koronavirusdan qorunmaq səbəbilə İstanbula gələ bilməyib. Növbəti məhkəmə prosesində iştirak edəcək”.
Proses hər iki şəxsin vəkilinin iştirakı ilə davam edib.

Paylaş: