“Bütün davaların səbəbkarı qadınlardır...” - Murad Dadaşov
Tarix: 3-10-2017, 13:09


“Şouda sadə insan iştirak etməyib. Nadir insanlar olub ki, heç nə etməmiş gedib.  Bu dəfə “Maşın”da fərqli insanlar olacaq. Tamaşaçıları şoka salacaq iştirakçılar var”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Maşın şou”nun aparıcısı Murad Dadaşov deyib. Teleaparıcı jurnalistlərlə görüşü zamanı bildirib ki, şouda bütün davaların səbəbkarı qadınlardır:
“Bütün qalmaqalların, davaların səbəbkarları qadınlardır. Düşündük ki, kişilər arasında yaşanan münaqişələr də qadınlara görədir. “Maşın” haqqında gəzən söz-söhbətlər çox olur. Hamı səviyyədən danışır.
Televiziyanın informasiya, maarifləndirmə və əyləncədən ibarət 3 prinsipi var. “Maşın” sırf əyləncəli bir verilişdir. İştirakçıların hamısı kifayət qədər tərbiyəsi olan şəxslərdir. Onların bəzən efirdə mikrofonları söndürülür. Söyüş söymürlər, sadəcə olaraq anlaşılmazlığı efirdə vermək istəmirik”. 

Paylaş: