Bu gözəl cütlük də ayrılır
Tarix: 24-02-2020, 17:46



Rusiya kino dünyasında ən gözəl və ən möhkəm cütlüklərdən olan Pavel Priluçnıy və Aqata Mutsenietse səkkiz illik evlilikdən sonra münasibətlərinə son qoymaq qərarına gəliblər.

Bu gözəl cütlük də ayrılır - FOTO

BiG.AZ-ın verdiyi xəbərə görə, onlar bu barədə onlar şəxsi "İnstagram" səhifələrində yazıblar.

"Bizim gözəl sevgi hekayəmiz gözəl olaraq qalmalıdır, bunun üçün də onu vaxtında dayandırmalıyıq", - deyə Pavel paylaşdığı "qırıq ürək" şəklini şərh edib.

Bu gözəl cütlük də ayrılır - FOTO


O. rəsmi olaraq boşanmaq istəsələr də, daim doğma qalacaqlarını, övladlarını həmişə sevəcəklərini vurğulayıb.

Aqata da buna oxşar paylaşım edib. Lakin o, hələ də Pavelı sevdiyini, hər şeyə görə minnətdar olduğunu, sadəcə ayrılmağın daha yaxşı olduğu barədə ikitərəfli qərara gəldiklərini yazıb.

Bu gözəl cütlük də ayrılır - FOTO

Xatırladaq ki, cütlük yeniyetmələr üçün nəzərdə tutulan fantastik "Qapalı məktəb" trillerinin çəkilişləri zamanı tanış olub. 2011-ci ilin avqustunda Pavel və Aqata gizli şəkildə rəsmi nikah bağlayıblar. 11 yanvar 2013-cü il tarixində onların ilk övladı Timofey, 2016-cı ilin martında isə qızları Miya dünyaya gəlib.

Bu gözəl cütlük də ayrılır - FOTO

Paylaş: