Leyla Bədirbəylinin 100 illik yubileyinə həsr edilən tədbir olacaq
Tarix: 24-02-2020, 17:39




Fevralın 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqında səhnəmizin və kinomuzun sönməz ulduzu Leyla Bədirbəylinin 100 illik yubileyinə həsr edilən gecə keçiriləcək.
Open.az xəbər verir ki, yubiley gecəsi müasir kinomuzun görkəmli ustalarının və aktrisanın ailə üzvlərinin iştirakı ilə, tanınmış teleaparacı, tədqiqatçı Rahib Azərinin aparıcılığı ilə təqdim olunacaq.
Qeyd edək ki, gecədə iştirak etmək istəyənlər üçün giriş sərbəst olacaq.

Paylaş: