"Sevdiyim kişi mənə yaxşı baxmalıdır" - Dilarə
Tarix: 24-02-2020, 17:05




“Əsasən hündür oğlanlar xoşuma gəlir, amma eləsi də olur ki, hündür olmasa belə zövqümcə olur”.

Axşam.az xəbər verir ki, bu sözləri “Lider maqazin”ə açıqlamasında müğənni Dilarə Kazımova deyib.

O, sevgi münasibətinin olmamasına belə aydınlıq gətirib:

“Kimisə axtarmıram, istəyirəm ki, məni özləri tapsınlar. Məni tapanlar isə zövqümdə deyil. Hələ də öz zövqümü başa düşə bilməmişəm. Sevdiyim kişi məni çox sevməli, yaxşı baxmalıdır”.

Paylaş: