Tolik "AZAL"ı sərt tənqid etdi: "Aeroporta giriş-çıxış pulsuz olmalıdır"
Tarix: 24-02-2020, 15:32




Prodüser-aparıcı Tolik (Tarix Əliyev) Xəzər televiziyasında “Azərbaycan Hava Yolları”nın (AZAL) fəaliyyətini sərt tənqid edib.
Unikal.org xəbər verir ki, Tolik verilişdə Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olan avtomobillərin 15 dəqiqəyə görə pul ödəməməli olduğunu bildirib:
"Hörmətli Cahangir müəllim, dünyanın hər bir yerində aeroporta giriş-çıxışın 15 dəqiqəsi pulsuzdur. Bizi taksi sürücüsü 15 manata aeroporta aparır, onun da 1 manatını oraya ödəyir. Dünyanın heç bir yerində aeroporta giriş-çıxış etmək üçün əlavə pul ödəmirlər, bu yalnız Azərbaycandadır. Taksi sürücüsü sərnişini Mərdəkan qəsəbəsindən 4 manata gətirir, onun da bir manatını hava limanına ödəniş edir. Aeroport başqa ölkə deyil, vətəndaşlara xidmət edən bir məkandır. Ən böyük qlobal problemlərdən biri də bu Aeroport məsələsidir".

https://ok.ru/video/1394610735715​​​

Paylaş: