Azərbaycanlı müğənni ABŞ-ın məşhur şirkətində çalışır
Tarix: 24-02-2020, 15:10




Bir müddət öncə ABŞ-a köçən keçmiş “Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov böyük şirkətlərin birində işə düzəlib.

Axşam.az-ın məlumatına görə, o, “Mass Appeal” adlı məşhur media şirkətində çalışır. Dünyada bir çox dərgilər, veb saytlar, film, televiziyalarla əməkdaşlıq edən şirkətə Elmir ötən ilin noyabrında düzəlib.

“Üç aydır ki, burada çalışıram. Artıq 1 vəzifə dəyişmişəm və dünən şirkətin ən yaxşı işçisi sertifikatı ilə təltif olunmuşam. Bu, özümə tərif deyil. Məni Nyu-Yorkda heç kim tanımır və burda “dayday”ım yoxdur” deyə, reper açıqlamasında bildirib.

Qeyd edək ki, müğənni 2018-ci ildə “Greencard” qazanaraq Amerikaya köçüb. Onun iki övladı var.

Azərbaycanlı müğənni ABŞ-ın məşhur şirkətində çalışır - FOTO


Paylaş: